YUMRUĞU BİR YERƏ VURMAQ

birləşmək, eyni məsləkə qulluq etmək, əlbir fəaliyyət göstərmək.

YUMAĞA DÖNMƏK
YUMRUĞUNU İŞƏ SALMAQ
OBASTAN VİKİ
Osman Yumruğu
Osman Yumruğu adası — Urmiya gölünün şərq sahillərinə yaxın ərazidə yerləşən ada. İnzibati cəhətdən İrannın Şərqi Azərbaycan ostanı ərazisinə daxildir. Adada məskunlaşma yoxdur. Bitki örtüyündən belə məhrumdur. Ada göl səthindən 10 metr yüksəkliyə ucalır. Gölün sahəsi 0,1 km² yaxındır. Gölün qurumasına qədər «Dünyanın ən kiçik» ikinci adası statusuna malik idi. Son on illiklər ərzində Urmiya gölünün quruması ilə əlaqədar tam olaraq quruya birləşmişdir. Hazırda ada adi bir daş göbələyə çevrilmişdir. Adadan əvvəllər quşlar dayanacaq yeri kimi istifadə edirdilər.
Meymun Yumruğu (personaj)
Lord Meymun Yumruğu və Lord Monti Fiske (ing. Monkey Fist) - "Kim Possibl" serialının düşmən personajlarından biridir. == Personaj haqqında == Əsl adı Montqomeri (qısaldılmış forması: Monti) Fiske-dir. Döyüş sənətləri ustasıdır. Ən qəti düşmənləri Ron Stoppabl və Kim Possibldır. Montqomeri Fiske əslən Britaniyadandır. Çəkisi 59 kq-dır. Montqomeri Fiske əvvəllər arxeoloq vəzifəsində çalışırdı. Nobel mükafatı laureatına layiq görülmüşdür. Əsas tədqiq sahələri meymunların artefaktları idi.
Yerə Oxşarlıq İndeksi
Yerə Oxşarlıq İndeksi (abbr. YOİ; ing. Earth Similarity Index abbr. ESI) — bir planetin və ya peykin Yerə fiziki oxşarlığı göstərən vahid. Bu sıfırdan birə qədər şkaladır, və bu şkalada Yerin dəyəri sıfırdır. YOİ planetlərin və ya peyklərin radiusunun, sıxlığının, porabula sürətinin və yerüstü temperaturunun funksiyasıdır. == Düsturu == E S I = ∏ i = 1 n ( 1 − | x i − x i 0 x i + x i 0 | ) w i n {\displaystyle ESI=\prod _{i=1}^{n}\left(1-\left|{\frac {x_{i}-x_{i_{0}}}{x_{i}+x_{i_{0}}}}\right|\right)^{\frac {w_{i}}{n}}} x i {\displaystyle x_{i}} - planetin xassələri (məsələn, yerüstü temperaturu); x i 0 {\displaystyle x_{i_{0}}} - xassə üçün uyğun yerüstü əsas dəyəri (məsələn, 288 K); w i {\displaystyle w_{i}} - xassə üçün çəki göstərici; n {\displaystyle n} - planetar xassələrin tam sayı.
Yerə birləşdirmə, torpaqlama
Yerləndirmə (torpaqlama) — şəbəkənin, elektrik qurğusunun və ya avadanlığın hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə əlaqələndirilməsidir. Əsas xassələri ondan ibarətdir ki, yerləndirici qurğu yerlə kontakta girərək onunla elektrik birləşməsi yaradır. Bu qurğu elektrik cərəyanını yerə ötürməyə xidmət edir. == Yerləndirici qurğular == Elektrotexnikada yerləndirici qurğuları təbii və süni olaraq iki qrupa bölürlər. === Təbii yerləndirici === Təbii yerləndirməyə aid olan konstruksiyalar yerlə daimi kontaktda olurlar. Ancaq onların müqaviməti tənzim olunmadığından və onların müqavimətinə heç bir tələb qoyulmadığından təbii yerləndirmənin konstruksiyalarını elektrik avadanlıqların yerləndirməsində istifadə etmək olmaz. Təbii yerləndiricilərə boruları misal göstərmək olar. === Süni yerləndirici === Süni yerləndirmə elektrik şəbkəsinin, elektrik qurğu və avadanlığının hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə məqsədli olaraq elektrik əaqləndirilməsidir. Yerləndirici qurğu (YQ) yerləndirici (yerlə bir başa və dolayı yolla əlaqədə olan keçirici hissə və ya bir-biri ilə əlaqələndirilmiş keçirici hissələr tolumu) və yerləndirməli olan hissəni yerləndirici ilə birləşdirən (yerləndirici) naqildən ibarətdir. Yerləndirici sadə metal içlik şəklində (çox vaxt polad, nadir hallarda mis) və ya xüsusi formalı mürəkkəb elementlərdən hazırlanır.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Çətinliyə baş vurmaq (teleserial, 2008)
BədBəxt və ya Çətinliyə baş vurmaq (ing. Breaking Bad) – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür.
Qəzəbin yumruğu (film, 1972)
Qəzəbin yumruğu (ing. Fist of Fury, kantonca: 精武門 — Jing wu men) — 1972-ci ildə Brüs Linin iştirakı ilə çəkilən döyüş filmidir. == Məzmun == Filmdə baş verən hadisələr XX əsri əvvəllərində baş verir. Çen Zen "Cinqvu" məktəbinin əsasını qoyan müəllimi Ho Yuantszyanın ölüm xəbərini eşidir və Şanxaya geri dönür. Honqkou dojosunun sahibi Suzuki tərcüməçisi Vu En və adamları ilə birlikdə yas mərasiminə plakat göndərir və onun üzərində "Şərqi asiyanın xəstələri" ifadələri dərc olunmuşdur. Bu isə XIX əsrin sonları, XX əsrin əvvəllərində çinlilər üçün təhqir hesab olunurdu. Bu hadisədən sonra Çen Zen Honqkou dojosuna təkbaşına gedir və plakatı onlara geri qaytarır. Bu zaman dojonun müəllimi Yoşida və onun tələbələri ilə mübarizə aparır. Çen Zen onları məğlub edir. Çen Zen parka gedən zaman qadıdakı mühafizəçi onu içəri buraxmır.
Şöhrət yumruğu (film, 1991)
Şöhrətin yumruğu (ing. Fist of Glory) — 1991-ci ildə Co Mari Avellana tərəfindən çəkilən döyüş filmi janrlı ABŞ filmidir. == Məzmun == Vyetnam müharibəsi ABŞ ordusunun məğlubiyyəti ilə başa çatır. Bu səbəbdən ABŞ ordusunun əsgərləri buranı tərk edirlər. Lakin Ceyms Li qanlı rinqdə vuruşmağı davam etdirir. Dostu Reynoldsu mafiya qrupundan xilas etmək üçün onunla rinqdə görüşməyə məcbur olur... == Rollarda == == Xarici keçidlər == Şöhrətin yumruğu — Internet Movie Database saytında.
Şöhrətin yumruğu (film, 1991)
Şöhrətin yumruğu (ing. Fist of Glory) — 1991-ci ildə Co Mari Avellana tərəfindən çəkilən döyüş filmi janrlı ABŞ filmidir. == Məzmun == Vyetnam müharibəsi ABŞ ordusunun məğlubiyyəti ilə başa çatır. Bu səbəbdən ABŞ ordusunun əsgərləri buranı tərk edirlər. Lakin Ceyms Li qanlı rinqdə vuruşmağı davam etdirir. Dostu Reynoldsu mafiya qrupundan xilas etmək üçün onunla rinqdə görüşməyə məcbur olur... == Rollarda == == Xarici keçidlər == Şöhrətin yumruğu — Internet Movie Database saytında.
Əjdaha yumruğu (film, 1979)
Əjdaha yumruğu (ing. Dragon Fist, çin. 龙拳) — 1979-cu ildə böyük ekranlara çıxan bir döyüş sənəti filmi. Filmin rejissoru Honkonq rejissoru Lo Veidir. Filmdəki əsas rolları Honkonq aktyorları Ceki Çan, Nara Myao, Ceyms Tyan və Koreyalı aktrisa İm Eun Cu aldı. Süjetə görə bir döyüş sənəti ustası, başqa bir məktəbin ustası tərəfindən həyat yoldaşı ilə uzun müddətdir davam edən bir əlaqəyə görə öldürülür, bu səbəbdən illər sonra əsas tələbə, öldürülən kişinin dul arvadı və qızı ilə birlikdə məktəbin nüfuzunu bərpa etmək və müəllimin intiqamını almaq üçün göndərilir. Çox vaxt şəkil film tənqidçilərinin əlverişli rəylərini qazandı. == Məzmunu == Tanqşan Məktəbinin şagirdi Zon Houvan, döyüş sənətləri turnirindəki qələbəsi münasibətilə Houvan müəllimi usta Çon Samzai'yə gələn qonaqları salamlayır. Qalib lövhəsini asmağa vaxt tapmayan Samzai, gözlənilmədən qonşu məktəbin ustası Chun Kimkuan-ın qapısında görür. Qonaq, Samzai-nin turniri qazansa da, onunla döyüşmədiyini iddia edərək işarənin ona məxsus olduğunu bildirir.
Bir kəmər, bir yol
Kəmər və Yol Təşəbbüsü (abr. KYT; ing. Belt and Road Initiative; abr. BRI və ya B&R), əvvəlki adı ilə Bir kəmər, bir yol (çin. 一带一路; ing. One Belt One Road; abr. OBOR) — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir. O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir."Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır. Bu ad Qərb vilayətlərinin Mərkəzi Asiyadan keçən məşhur tarixi ticarət yolları boyunca davam edəcək olan avtomobil və dəmir yolu nəqliyyatı üçün təklif olunan quru yollarına istinaddır.
Altmış bir
Altmış bir — say sistemində ədədlərdən biridir. Altmışdən sonra, altmış ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Bir Tavil
Bir Tavil (ərəb. بيرطويل‎ "uzun bulaq") — şimaldan Misirlə, qərbdən, cənubdan və şərqdən Sudanla həmsərhəd olan ərazi. Adını yerli su mənbəyinin adından almışdır (hazırda fəaliyyət göstərmir). Hər iki ölkə Bir Tavilə iddialarından imtina edir; beləliklə, o, terra nullius, "heç kəsin torpağı" statusuna malikdir. Bir Tavil dördbucaqlı formasına malikdir, lakin buna baxmayaraq, bəzən onu "Bir Tavil üçbucağı" da adlandırırlar. 2014-cü ildə Alastair Bonnett əsərində Bir Tavili Yer kürəsində yaşayış üçün əlverişli olan, lakin heç bir tanınmış hökumət tərəfindən iddia edilməyən yeganə yer kimi təsvir etmişdir. == Tarixi == 1899-cu ildə Sudanda İngiltərə-Misir kondominium müqaviləsinə əsasən, Misir və Sudan arasındakı sərhəd 22-ci paralel boyunca keçməli idi. Lakin 1902-ci ildə İngiltərə "siyasi sərhəd"dən asılı olmayaraq yeni "inzibati sərhəd" çəkdi və nəticədə Həlaib Üçbucağı Sudan administrasiyasının nəzarətinə keçdi. Eyni zamanda, Bir Tavil Misirin nəzarətinə keçdi. Çünki onun ərazisi Misirdə yaşayan Ababde tayfası tərəfindən otlaq kimi istifadə edilirdi.Hər iki dövlət müstəqillik əldə etdikdən sonra Həlaib Üçbucağı Sudanın, Bir Tavil isə Misirin nəzarətində qaldı.
Bir sabah
Bir sabah — Mübariz Tağıyev və "Tac" qrupunun ifa etdiyi mahnı. == Mahnı haqqında == "Bir sabah" mahnısını Mübariz Tağıyev "Tac" qrupu müşayiəti ilə birlikdə ifa etmişdir. Bu mahnı 1991-cı ildə "Bəxt üzüyü" filminin sonu üçün, final mahnısı olaraq yazılmışdır. Yaşar Baxış mahnının həm aranjimanını etmiş, həm də elektrogitarada ifa eləmişdir.Mahnının musiqisi bəstəkar Eldar Mansurova, sözləri isə şair Vaqif Səmədoğluna məxsusdur.
Doxsan bir
Doxsan bir — say sistemində ədədlərdən biridir. Doxsandan sonra, doxsan ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Medison Bir
Medison Bir (ing. Madison Beer; 5 mart 1999, Ceriko[d], Nyu-York ştatı, ABŞ) — amerikalı müğənni və bəstəkar. == Həyatı == Madison Elle Beer 5 mart 1999-cu ildə Nyu-York ştatının Yeriko şəhərində yəhudi ailədə dünyaya gəldi. Atası Robert Beer əmlakçı, anası Tresi isə memar idi. 4 yaşında modellik yarışmasında qələbə qazanan Beer Child Magazine-nin baş səhifəsində yer aldı. Rider adlı kiçik qardaşı var. == Kariyerası == Musiqi karyerası 13 yaşında Castin Biberin vasitəsiylə başladı. Sonra Island Records ilə müqavilə imzaladı. 2017 avqust ayında ilk albomu As She Pleases-i yayımladı. Beer 2020-ci ildə Epic Records ilə razılaşıb 2021 fevralda ikinci albomu Life Support-u yayımladı.
On bir
On bir — say sistemində ədədlərdən biridir. Ondan sonra, on ikidən əvvəl gəlir. == Riyaziyyatda == On bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. === Əsas hesablamalarda === === Say sistemində === == Elmdə == Natriumun atom rəqəmi.
Otuz bir
Otuz bir — say sistemində ədədlərdən biridir. Otuzdan sonra, otuz ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Say sistemində === Otuz bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx bir
Qırx bir — say sistemində ədədlərdən biridir. Qırxdan sonra, qırx ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Qırx bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən bir
Səksən bir — say sistemində ədədlərdən biridir. Səksəndən sonra, səksən ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yetmiş bir
Yetmiş bir — say sistemində ədədlərdən biridir. Yetmişdən sonra, yetmiş ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Yetmiş bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Yüz bir
Yüz bir — mahnı ilə muşayiət olunan çox geniş yayılmış rəqs. == Söz açımı == Yüz bir Şərq aləminə aid olunan mistik rəqəmlərdən biridir. Məsələn, təsbehdə olan yüz bir ədəd buna örnəkdir. Belə fərziyyə də var ki, qədim el şənliklərində musiqiçilər ekspromt (bədahətən) rəqslər yaradırlarmış, onları unutmamaq üçün sıra nömrələri ilə nömrələrlərmiş, məs.: üç, dörd, beş, on dörd. == Özəllikləri == "Yüz bir"i rəqs kimi xatırlayırlar, ancaq əvvəllər mahnı ilə ifa olunub. Musiqisi çox həsrətdolu, lirikdir, bu da ondan irəli gəlir ki, Şüştər muğamı üstündədir. Balabanın ifasında çox qulağayatımlıdır. Öz dövründə çox məşhur olan bu rəqs indi nadir hallarda yad edilir. Rəqs bir qədər cəld tempdə gedir, qızğın surətdə bir sıra rəngarəng hərəkətlərlə, xüsusən çiyin hərəkətlərilə ifa olunur. Onu həm kişilər, həm də qadınlar oynayırlar.
İyirmi bir
İyirmi bir — say sistemində ədədlərdən biridir. İyirmidən sonra, iyirmi ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi bir ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli bir
Əlli bir — say sistemində ədədlərdən biridir. Əllidən sonra, əlli ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Əlli bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Nahaq yerə, Titanın qəzası (roman)
Nahaq yerə, Titanın qəzası (ing. Futility, or the Wreck of the Titan) — 1898-ci ildə, qısa hekayələr və romanlar müəllifi, amerikan yazıçı, Morqan Robertson tərəfindən yazılmışdır. Əsərdə Titan adlı bir gəminin Atlantik Okeanında (Şimali Atlantik) buz dağına çırpılaraq sulara qərq olmasından bəhs olunur. Əsərdəki Titan gəmisi, 14 il sonra yəni 1912-ci ildə batan əfsanəvi Titanik gəmisi ilə inanılmaz bənzərlik təşkil edir.Morqan Robertson bu əsərlə uğur qazanmır və kitab satılmır. Bu əsərdən sonra uğursuzluq onu buraxmır və digər yazdığı əsərlər heç vaxt maraq doğurmur. Bu səbəbdən böyük stress keçirərək psixoloji müalicə alır. Uğursuz bir yazar olaraq, 1915-ci ilin mart ayında bir otel otağında ayaq üstə keçirdiyi ürək tutmasından dünyasını dəyişir. Titanikin batışından 3 il sonra dünyadan köçsə də heç kəs onun bu əsərini yada salmamış və maraq göstərməmişdi. == Əsərin qısa məzmunu == Əsərdə böyük bir gəmi təsvir olunur və heç vaxt batmayan bir gəmi adlandırılır. Gəmi İngiltərədən ABŞ-a doğru yol alacaqdır.
наде́л примити́в ско́лько уго́дно сменя́емость тра́верс шерстомо́йный блудоде́йствовать коноплево́дческий крючко́м низово́й друшлаг balinger depletion diaphony freight car housing-cloth oligomer skilly time loan заснеженный колпак минералог подтолкнуть теоретичный трусишка